Modern.az

Hava küləkli olacaq

Hava küləkli olacaq

Aktual

13 Aprel 2020, 12:48

Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 4-9, gündüz 18-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz:

 

Aprelin 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV