Modern.az

Bakıda daha bir sürücü özbaşınalığı - VİDEO

Bakıda daha bir sürücü özbaşınalığı - VİDEO

Aktual

26 Aprel 2020, 21:00

Bakıda daha bir sürücünün xuliqanlıq edərkən çəkilmiş görüntüsü yayılıb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sürücülərdən biri başına gələn hadisənin videosunu Avtosfer.az-a göndərib. Belə ki, o, aprelin 26-ı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib.

Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib.

O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb. Görüntünü qeydə alan sürücü bu barədə DİN-in 102 qaynar xəttinə şikayət edib.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada