Modern.az

Koronavirus bu yolla da yayıla bilər

Koronavirus bu yolla da yayıla bilər

Aktual

6 May 2020, 00:09

"Koronavirus (SARS-CoV-2) bağırsaq hüceyrələrini yoluxdura və içində çoxala bilir. Bu səbəbdən də infeksiya yalnız hava damcısı ilə deyil, həm də müxtəlif yollarla yayıla bilər".

Modern.az  xəbər verir ki, bu barədə niderlandlı alimlərin araşdırmasında qeyd edilib.

 

Məlumata görə, alimlər koronavirusun insan bağırsağı hüceyrələrində təsirini izləyərək, orqanoidlərə koronavirus əlavə edildikdə sürətlə yoluxmuş hüceyrələrin çoxaldığını müəyyənləşdiriblər.

Mütəxəssislər koronavirusa tutulan xəstələrin əksəriyyətində ürək bulanması və ishal kimi simptomların göründüyünü, həmçinin xəstələrdən götürülmüş nəcis nümunələrində virus hissəciklərinin aşkarlandığını bildiriblər. Bu da virusun çirkli əllər vasitəsi ilə ötürüldüyünü göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV