Modern.az

47 mərtəbəli binada dəhşətli yanğın - VİDEO

47 mərtəbəli binada dəhşətli yanğın - VİDEO

Aktual

6 May 2020, 00:20


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib.

Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi