Modern.az

Salyanda koronavirus ocağı AŞKARLANDI

Salyanda koronavirus ocağı AŞKARLANDI

Aktual

6 May 2020, 17:36

"Son zamanlar koronavirusa yoluxanların sayı artıb. Ona görə də vətəndaşlar qadağa və tövsiyələrə daha ciddi riayət etməlidir".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Z.Əliyevin sözlərinə görə, son zamanlar Gəncədə virusa yoluxanların sayında artım qeydə alınıb:

“Şəhərə İşçi qrupu ezam olundu və araşdırma aparıldı. Təəssüflər olsun ki, orada karantin rejiminə düzgün  əməl olunmadığına görə yoluxma artmışdı.

Cənub və şimal zonasında həftədə bir neçə dəfə vətəndaşlar sərhəddən keçir. Biz əvvəldən bildirmişik ki, kim sərhədi keçirsə, mütləq karantinə gedir və test olunur. İrana gedib-gəlmələrə görə cənub zonasında belə ocaqlar meydana gəlirdi. Tək-tək ocaqlar da meydana çıxır. Dünən Salyanda da belə ocaq aşkarlandı. Belə ocaqları aşkarlamağa çalışırıq".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV