Modern.az

“Təklif edəcəyik ki, karantin rejimi sərtləşdirilsin”

“Təklif edəcəyik ki, karantin rejimi sərtləşdirilsin”

Aktual

6 May 2020, 17:41

“Karantin rejiminin yenidən sərtləşdirilməsi bizdən asılıdır. Biz deyəndə siz, mən və hər birimizdən asılıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

 

O deyib ki, yoluxma hadisəsi çoxaldıqda, xəstəxanalarda yer məhdudiyyəti yarandıqca, karantin rejimin sərtləşdirilməsi gündəmə gələcək:

 

“Biz görsək ki, çoxalan xəstələrin öhdəsindən gələ bilmirik, çıxışlar edəcəyik. Təklif edəcəyik ki, karantin rejimi sərtləşdirilsin. Təbii ki, son qərar Nazrirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV