İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 369 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 29 684 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 1 144 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 214 457 nəfər təşkil edir.
Məlumata görə, indiyədək İtaliyada 93 245 nəfər koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.
Qeyd edək ki, son bir gündə 8 014 nəfər koronavirusdan sağalmaqla rekord nəticə əldə olunub.