Modern.az

Böyük Britaniyada 30 076 nəfər COVİD-19-un qurbanı olub

Böyük Britaniyada 30 076 nəfər COVİD-19-un qurbanı olub

Aktual

6 May 2020, 21:16

Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb. 

 

Modern.az xəbər verir ki, son bir sutka ərzində daha 649 nəfər koronavirusdan ölüb.

Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin sayı 30 076 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 6 111 nəfər artaraq 201 101 nəfərə yüksəlib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV