Modern.az

Azərbaycanda COVİD-19 testindən keçənlərin sayı açıqlandı

Azərbaycanda COVİD-19 testindən keçənlərin sayı açıqlandı

Aktual

10 May 2020, 21:25

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

Modern.az-ın məlumatına görə, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 461 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ümumilikdə 193 411  nəfər COVİD-19 testindən keçib. Hazırda respublikamızda 20 nəfər reanimasiyada müalicə alır, 9 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2 519, virusdan ölənlər 32, sağalan xəstə sayı 1 650, aktiv xəstələrin sayı isə 837 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu