Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son statistik göstəriciləri açıqlayıb.
Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 197 545 test aparılıb.
Məlumata görə, ölkədə indiyədək 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatıb.