Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının qarşısını almaq mümkün olmayıb.
Modern.az xəbər verir ki, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gəlib.
Məlumata görə, yanğın artıq bazarın ikinci mərtəbəsini də əhatə edib.
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb.
23:15
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində növbəti dəfə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.