Modern.az

“Amrahbank”la bağlı hüquqi və fiziki şəxslərə MÜRACİƏT

“Amrahbank”la bağlı hüquqi və fiziki şəxslərə MÜRACİƏT

Aktual

12 May 2020, 11:50

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

Bu barədə Fonddan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Amrahbank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri müraciət edib:

““Amrahbank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrahbank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrahbank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər”.

Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

 

LPO “Amrahbank” ASC, VÖEN

1400064171

Mərkəzi Bank, VÖEN

9900071001

SWIFT.BIK  (AZN)

NABZAZ 2C

SWIFT.BIK  (xarici valyuta)

NABZAZ 2X

Kod  

501004

Müxbir hesab AZN

AZ74NABZ01451700000000001944AZN

Hesablaşma hesabı AZN

AZ68NABZ01350100000000060944AZN

Müxbir hesab EUR

AZ58NABZ01452800000000007954EUR

Hesablaşma hesabı EUR

AZ50NABZ01350200000000059954EUR

Müxbir hesab USD

AZ51NABZ01452800000000015840USD

Hesablaşma hesabı USD

AZ87NABZ01350200000000060840USD

 

LPO “Amrahbank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi. 

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.   

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu