Bu gün Azərbaycanda 4 737 nəfər koronavirus testindən keçib.
Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 202 282 şübhəli koronavirus testindən keçib.
Reanimasiyada olan xəstə sayı 26, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2 693, virusdan ölənlər 33, sağalan xəstə sayı 1 735, aktiv xəstələrin sayı isə 925 nəfərdir.