Bağlanmış 4 bankın sektorda payı yüksək deyildi. Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov qeyd edib ki, bağlanan 4 bankda problemli kreditlərin çəkisi 73 faizə çatırdı:
""AtaBank"da bəziyyət daha pis idi.Burada problemli kreditlər 88 faizə çatırdı. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 690 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir".
Baş bankirin sözlərinə görə, bankların sektorda qalması üçün 677 milyon əlavə kapital tələb edilirdi.
"AGbank"da xarici audit də mənfi idi. Bir dəfə bu bankı xilas etməyə çalışdıq, amma alınmadı".
Elman Rüstəmov deyib ki, onların atdığı addımların başlıca məqsədi banklara etimadın bərpa olunmasıdır.
"O dərəcədə ki, hətta sağlam banklara da mənfi təsir edə bilir. Bizim həyata keçirdiyimiz işlərin əsas məqsədi odur ki, vərəndaşlar fəaliyyətdə olan banklara tam etibar etsinlər. Bunun üçün də sektorda tam şəffaflığa nail olmaq lazımdır".