15 min nəfərə yaxın fiziki şəxsə kreditlərin restrukzasiyası üzrə kompensasiya verilməyib. Bunlardan 8 mini fəaliyyətdə olan bankın, 7800-ü isə ləğv prosesində olan bankların müştərisidir.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev fiziki çəxslərin xarici valyutada olan kreditlərinin restrukzasiyası ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.
O, əlavə edib ki, kompensasiya alınmamasının əsas səbəbi apellyasiya komissiyası tərəfindən araşdırılır: "Bəziləri ölkəni tərk edib, bəziləri vəfat edib, bəzilərilə əlaqə saxlamaq mümkün olmayıb".