"Əmlakın sığortalanması ilə bağlı iki əsas məsələ var. Onlardan biri əmlakın qeydiyyatı, ikincisi isə əmlakın təhlükəsizlik tələblərinə cavab verməsidir".
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev deyib. Z.Əliyevin sözlərinə görə, mal qalıqları üçün də sığortanın tətbiqinin mümkün olmaması kölgə iqtisadiyyatı ilə bağlıdır. AMB rəsmisi sığorta şirkələrinin ticarət mərkəzlərində qalıq malın dəyərini hesablaya bilmədiyi üçün onu sığortalamadığını qeyd edib.
Z.Əliyev bildirib ki, Azərbaycanda əmlak sığortası icbaridir və əmlak sığortalanması üçün qeydiyyat mütləq olmalıdır.