Modern.az

Vətəndaşlara pulsuz maska paylanılır - FOTO

Vətəndaşlara pulsuz maska paylanılır - FOTO

Aktual

19 May 2020, 16:06

İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir. Bu çərçivədə Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə aksiyaya başlayıb. BNA-nın mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyan aksiya zamanı nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanılır:

"Nəqliyyat könüllüləri tibbi maskalarla yanaşı, vətəndaşlara ictimai nəqliyyatda və alış-veriş mərkəzlərində TƏBİB tərəfindən hazırlanmış koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar. Sərnişinlərə COVID-19 infeksiyasının proflaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub".

Onun sözlərinə görə ictimai nəqliyyatda maska paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək:

"Nəqliyyat könüllüləri hər gün səhər və axşam pik saatlarında daha sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaq".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək