Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyan da Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə inkişaf və rifah arzulayıram".