Modern.az

“Meşələri qıran əməkdaşımız olsa belə, onunla yollarımızı ayırırıq”- Hikmət Əlizadə

“Meşələri qıran əməkdaşımız olsa belə, onunla yollarımızı ayırırıq”- Hikmət Əlizadə

Aktual

21 May 2020, 17:45

Regionlarda meşələrin qırılması halları mövcuddur.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

 

O qeyd edib ki, bununla bağlı nazirlik tərəfindən daim mübarizə aparılır:

 

"Neqativ hallara qarşı cəza tədbirləri görülür. Bu əmələ yol verən əməkdaşımız olsa belə, onunla yollarımızı ayırırıq".

 

Rəisin sözlərinə görə, bəzi hallarda meşələrin kəsilməsi labüddür:

 

"Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrini, Təhsil Nazirliyinin qurumlarını odunla təmin edirik. Bu isə texniki qırılmadır ki, qanun çərçivəsində buna icazə verilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...