ABŞ-ın Texas ştatında Hərbi-Dəniz Qüvvələrinin bazasında atışma baş verib.
Modern.az xəbər verir ki, hadisə nəticəsində bazanın təhlükəsizlik xidmətinin əməkdaşı yaralanıb.
Atəş açan şəxs zərərsizləşdirilib. Hazırda bazanın bütün giriş-çıxışları bağlanıb.
Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.