Modern.az

İki günlük körpə koronavirusdan öldü

İki günlük körpə koronavirusdan öldü

Aktual

21 May 2020, 20:26

Cənubi Afrika Respublikasında (CAR) koronavirusa yoluxan iki günlük körpə dünyasını dəyişib.

Modern.az xəbər verir ki, ölkənin Səhiyyə Naziri Zveli Mkhize ictimaiyyətə verdiyi açıqlamasında "Təəssüflər olsun ki, "Covid-19" səbəbindən ilk azyaşlının ölümü qeyd alındı" sözlərini deyib.



Bildirilib ki, körpəsini dünyaya gətirməzdən öncə onun anasına da koronavirus testi edilib. Nəticə isə pozitiv çıxıb.



Qeyd edək ki, CAR-da 18 003 nəfər koronavirusa yoluxub, onlardan 339-u bu səbəbdən vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!