Modern.az

Türkiyədə 10-dan çox küçə karantinə bağlandı

Türkiyədə 10-dan çox küçə karantinə bağlandı

Aktual

22 May 2020, 09:18

Türkiyənin Antalya əyalətinin Serik rayonunda 15 küçə karantinə bağlanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu tədbirlər həmin rayonda yaşayan 12 nəfərdə koronavirusun aşkarlanması ilə bağlıdır.

 

Polis və zabit heyəti saat 00:00-dan etibarən bu küçələrə giriş-çıxışı dəmir baryerlərlə bağlayıb.

Koronavirus aşkar edilən şəxslər Serik Dövlət Xəstəxanasında müalicələrini davam etdirir. Yeddi nəfərin koronavirus testinin nəticəsi hələ məlum deyil. Onlar nəzarət altındadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!