Modern.az

Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı

Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı

Aktual

22 May 2020, 14:14

“Pakistan Beynəlxalq Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, hadisənin təyyarənin eniş etməsinə az qalmış baş verib.

 

Qəza zamanı təyyarədə 91 sərnişin olub. Onların taleyi barədə hələlik məlumat verilməyib.

 

Təyyarə Lahordan Kəraçiye daxili reys yerinə yetirirdi.

 

Hadisə yerinə xilasedicilər, eləcə də hərbçilər cəlb edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!