Gənc yaş qruplarında yoluxma faizi və xəstəliyi ağır keçirənlərin sayı artır.
Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, əvvəl yanaşı gedən xəstəlikləri olanlar xəstəliyi ağır keçirirdi:
“Amma çox təəssüf ki, indi artq gənclər də bu xəstliyi ağır keçirirlər. Onların arasında həkim həmkarlarımız da var”.
TƏBİB sədri bildirib ki, yas yerlərində kütləvi toplaşma və maskalardan istifadə etməmə halları artıb:
"Yas məclislərində iştirak insanlar arasında kütləvi yoluxmalara səbəb olur. Çox xahiş edərdik ki, insanlar mövcud qaydalara əməl etsinlər”.