Modern.az

Alimlər 100 il yaşamağın sirrini çözdü

Alimlər 100 il yaşamağın sirrini çözdü

Aktual

19 İyun 2020, 13:47

ABŞ-ın Vaşinqton Universitetinin alimləri insan yaşını 100 ilə qədər uzadan faktorları müəyyən ediblər.

 Modern.az "International Journal of Environmental Research and Public Health" jurnalına istinadən xəbər verir ki, insanların çox yaşaması təkcə genlərlə bağlı deyil, həm də yaşadıqları mühitdən də asılıdır. Araşdırmalar üçün yaşı 75 və daha çox olan 145 min insan 2011-2015-ci illər ərzində müşahidə alıtnda saxlanılıblar.

 

Müəyyən olunub ki, 100 ildən çox yaşayan şəxslərin çoxu ətraf mühitin minimum çirkləndiyi ərazidə yaşayan, uzun məsafələrə yürüşlər edənlərdir. Həmçinin, belə insanların yüksək sosial statusu, yaşıllıqlarla zəngin yerlərdə yaşaması, nəqliyyat və tibbi yardım almaq imkanlarının genişliyi müəyyən olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!