Modern.az

Bəxtiyar Hacıyev polisə çağrıldı

Bəxtiyar Hacıyev polisə çağrıldı

Aktual

22 İyun 2020, 15:40

Bu gün ictimai fəal Bəxtiyar Hacıyev səhər saatlarından Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə vəkili Aqıl Layıc özünün "Facebook" səhifəsində məlumat yayıb.

 

B.Hacıyevin vəkili bildirib ki, hazırda idarənin qarşısında onu gözləyir:

 

“Rəis heyətindən zəng edərək bildirdilər ki, qısa zaman ərzində Bəxtiyar inzibati binadan çıxacaq. Qeyd edim ki, xeyli müddətdir məni onun yanına buraxmırlar”.

 

Qeyd edək ki, B. Hacıyevin deputat Fazil Mustafanın şikayəti əsasında dindirildiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir