Modern.az

Tramp Avropaya təzyiq göstərə bilməz - Zelenski

Tramp Avropaya təzyiq göstərə bilməz - Zelenski

Dünya

Bu gün, 19:05

Hazırda Avropada mövcud olan birlik ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərməsini mümkünsüz edir.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu gün Avropada elə bir əhvali-ruhiyyə var ki, düşünürəm, ABŞ anlayır: hazırda Avropaya təzyiq göstərmək mümkün deyil. Ukrayna ətrafında güclü birlik mövcuddur. Buna görə minnətdarıq”, – deyə Zelenski vurğulayıb.

Bununla yanaşı, o, Donald Trampın Avropanın xərcləri ilə bağlı fikirlərini qitəyə qarşı təhdid kimi qiymətləndirmədiyini bildirib.

“Mən onun kiməsə bu cür təhdid etdiyini eşitməmişəm. Xeyr, qətiyyən. Gəlin, dürüst olaq. Deyərdim ki, bu mesaj bir qədər fərqli məna daşıyırdı”, – deyə Zelenski izah edib.

Ukrayna liderinin sözlərinə görə, Tramp Avropanın böyük məbləğdə vəsait xərclədiyini və müharibə başa çatdıqdan sonra həmin pulları öz ehtiyaclarına yönəldə biləcəyini nəzərdə tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə