Modern.az

Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində İZAHAT YAZDI

Bəxtiyar Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində İZAHAT YAZDI

Aktual

22 İyun 2020, 17:38

“Deputat Fazil Mustafa mənim barəmdə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib, həyatına təhdid olmağımı bildirib, “adam olmağa” çağırışı təhdid, şantaj, hədə-qorxu saydığını bildirib”.

Modern.az xəbər verir ki, bunu iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmış ictimai fəal Bəxtiyar Hacıyev deyib.


“Şikayətlə Baş Polis İdarəsinə dəvət edildim, geniş izahat yazdım, millət
vəkilinin vətəndaşları təhqir etməsinin yolverilməz olduğunu, deputat toxunulmazlığı arxasında gizlənərək, vətəndaşları təhqir edə bilməyəcəyini bildirdim. Baş Polis İdarəsində normal şəkildə qəbul edildim, izahat yazdım, çıxdım.

Onunla bağlı bir neçə quruma müraciət etmişəm, Baş Polis İdarəsinə də, məhkəməyə də müraciət edəcəm. Müqavilə bağladığımız vəkil dostumuz Aqil Layıc da ora gəlmişdi, lakin izahatı yekunlaşdırdığıma görə oradakı işimizi yekunlaşdırdıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək