Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Modern.az xəbər verir ki, iyunun 22-də axşam saatlarında Oğuz şəhəri ərazisində beş nəfər arasında kütləvi dava olub.
Dava iştirakçılarından biri - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.(Report)