Modern.az

Tələbə özünü təsdiqləmək üçün sevgilisini öldürdü

Tələbə özünü təsdiqləmək üçün sevgilisini öldürdü

Aktual

22 İyun 2020, 20:06

Rusiyanın Novasbirsk şəhərində yaşayan Aleksey Petrov adlı şəxs keçmiş sevgilisini qətlə yetirib.

Modern.az  xəbər verir ki, 19 yaşlı gənc oğlan bununla yeni sevgilisinə özünü sübut etmək istəyib.

Belə ki, o, keçmiş sevgilisi Yekaterina Ivanovnadan ayrıldıqdan sonra özündən 1 yaş böyük olan Anastasia Pospelova adlı qızla eşq yaşamağa başlayıb.

Petrov və yeni sevgilisi arasında Yekaterina səbəbindən tez-tez mübahisə yaranırmış. Nəticədə cütlük onu öldürmək qərarına gəlib. Onlar 19 yaşlı qızı yeməyə dəvət edərək spirtli içki içməyi təklif ediblər.

Gənc qız içki içsə də, sərxoş olmayıb. Petrov isə qəzəblənərək onu bıçaqla qətlə yetirib. Polis tərəfindən saxlanılan cütlüyün törətdikləri cinayətə görə 15 illik həbs cəzasına məhkum ediləcəkləri gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək