Modern.az

Daha bir ölkədə maska rejimi təkrar tətbiq olunur

Daha bir ölkədə maska rejimi təkrar tətbiq olunur

Aktual

22 İyun 2020, 20:43

Bolqarıstan hökuməti qapalı ictimai məkanlarda qoruyucu maska taxmaq rejimini təkrar tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kiril Ananiyev məlumat verib.

Onun sözlərinə görə, son iki həftə ərzində Bolqarıstanda yoluxma sayı yenidən artıb. Belə ki, iyunun 7-dən 22-dək koronavirusa yoluxanların sayı 626 nəfər artıb.

Yeni qərara əsasən, teatr, kinoteatr və digər qapalı məkanlarda maska taxmaq məcburi olacaq.

Qeyd edək ki, iyunun əvvəlində ölkədəki xüsusi epidemioloji vəziyyət yumşaldılsa da, rejim daha sonra bu ayın sonuna kimi uzadıldı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək