Braziliyada ötən sutka daha 40 995 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 1103 nəfər virusun qurbanı olub.
Modern.az xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 1 192 474-ə, ölənlərin sayı isə 53 874-ə yüksəlib.
Qeyd edək ki, Braziliya koronavirusa yoluxan və ölənlərin sayına görə dünyada ABŞ-dan sonra ikinci pillədə qərarlaşıb.
T.İSMAYIL