Modern.az

Goranboyda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur

Goranboyda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur

Aktual

25 İyun 2020, 09:50

Goranboy rayonunda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur.

 

Modern.az xəbər verir ki, Goranboy rayonunda cari məhsul ilində 23739 hektar sahədə taxıl, o cümlədən 8771 hektar buğda, 13755 hektar arpa və 1213 hektar xəsil əkilib.

 

25 iyun 2020-ci il tarixə rayon üzrə 5030 hektardan 15995 ton buğda biçilmiş – məhsuldarlıq 31,8 sentner, 12947 hektardan 40395 ton arpa biçilmiş - məhsuldarlıq 31,2 sentner təşkil edir. 

 

Taxıl biçini davam etdirilir. Biçinin optimal müddətdə yekunlaşdırılması üçün lazımi maşın və texnikalar cəlb edilib.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?