Modern.az

Bakıda dayə işlədiyi evdən oğurluq etdi

Bakıda dayə işlədiyi evdən oğurluq etdi

Aktual

25 İyun 2020, 09:55

Bakıda oğurluq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb. 

 

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək