Modern.az

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu - FOTO

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu - FOTO

Aktual

25 İyun 2020, 10:18

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

 

Sahib Məmmədov özü mətbuata açıqlamasında faktı təsdiqləyib.

 

Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək