Modern.az

Prokurorluq Gəncə sakininin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq Gəncə sakininin ölümü ilə bağlı məlumat yaydı

Aktual

25 İyun 2020, 10:58

İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

 

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək