Modern.az

Polşa Azərbaycana yardım etdi

Polşa Azərbaycana yardım etdi

Aktual

25 İyun 2020, 12:58

Polşa yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində Azərbaycana humanitar yardım göndərib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.

 

“Bu gün şəxsi qoruyucu vasitələrini Bakıya göndəririk. Bu, “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımız üçün həmrəylik yardımı aksiyasının davamıdır. Yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min Polşa zlotı olan tibbi maskalar, qoruyucu dəbilqə və dezinfeksiyaedici vasitələri göndərir”, - deyə Polşanın Xarici İşlər nazirinin müavini Pavel Yablonski Vroslav hava limanında humanitar yardımın yola salınma mərasimində deyib. 

 

Polşa XİN başçısının müavini qeyd edib ki, ölkənin Maddi Ehtiyatlar Agentliyi, Səhiyyə Nazirliyi, Beynəlxalq Həmrəylik Fondu və Milli Müdafiə Nazirliyi humanitar yardımın göndərilməsinə dəstək verib.

 

Yardımı qəbul edən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. 

 

Qeyd edək ki, oxşar yardım iyunun 19-da Vroslav hava limanından Ermənistana və Gürcüstana göndərilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək