Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli Qazaxıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib.
Modern.az xəbər verir ki, bununla bağlı qərar Qazaxıstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Tarix elmləri doktoru, prof. D.Kıdırəli Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun fəxri doktoru, Qazaxıstan, Qırğızıstan və Türkiyənin bir neçə universitetinin fəxri professoru, Monqolustan MEA-nın fəxri doktoru, Türk Dünyası Elmlər Akademiyaları Birliyinin qurucusu və prezidentidir.