Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Modern.az Nazirliyin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Səhər saatlarında Kür çayında batan şəxsin kimliyi məlum olub. Belə ki, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Kürdə batan şəxs 5 uşaq atasıdır.(APA)