Modern.az

Hande Harmancı Qubada çəkdirdiyi qalmaqallı fotodan DANIŞDI

Hande Harmancı Qubada çəkdirdiyi qalmaqallı fotodan DANIŞDI

Aktual

25 İyun 2020, 17:53

İnsanların rayonlara getməsi ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

 

Qubada çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəkli barədə də danışan H.Harmancı qeyd edib ki, həmin gün evdən bayıra çıxmaq üçün bir qadağa yox idi: "Mən həmin zaman insanlar arasında da olmamışam".

 

Xatırladaq ki, ötən həftələrdə H.Harmancının Qubada çəkdirdiyi foto karantin rejimi ilə əlaqədar sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək