Modern.az

Anasının doğum gününə gedən qızı maşın vurdu

Anasının doğum gününə gedən qızı maşın vurdu

Aktual

25 İyun 2020, 22:28

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

"Chevrolet" markalı avtomobil yolu keçən təxminən 20 yaşlı qızı vurub. Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada qız anasının doğum gününə gedirmiş. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək