Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 32-yə çatdı - FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 32-yə çatdı - FOTO

Aktual

25 İyun 2020, 23:50

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 274 nəfər  test edilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 449 235  test aparılıb və 14 852 yoluxma qeydə alınıb. İndiyədək 180  nəfər COVID-19-dan dünyasını dəyişib, 8 059 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 6 613 nəfərdir. Hazırda 174 nəfər reanimasiyada müalicə alır. 32 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 547 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib.

 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək