Modern.az

ABŞ-da yaşayan azərbaycanlı koronavirusdan öldü

ABŞ-da yaşayan azərbaycanlı koronavirusdan öldü

Aktual

27 İyun 2020, 12:30

ABŞ-ın Nyu-York şəhərində koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilən azərbaycanlı, 1968-ci il təvəllüdlü Hüseynov Sakit Hüseyn oğlu vəfat edib.

 

Modern.az xəbər verir ki, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan Rusiya vətəndaşı S.Hüseynov ötən gün yatdığı xəstəxanada dünyasını dəyişib.

 

Onu birlikdə yaşadığı ailəsinin razılığı ilə koronavirusdan dünyasını dəyişənlər üçün nəzərdə tutulmuş qaydada Nyu-Yorkda dəfn ediblər.(Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!