Modern.az

Lavrov Azərbaycan və Ermənistan səfirlərilə sərhəddəki gərginliyi müzakirə etdi

Lavrov Azərbaycan və Ermənistan səfirlərilə sərhəddəki gərginliyi müzakirə etdi

Aktual

21 İyul 2020, 17:56

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən son hadisləri müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd edilir ki, iyulun 21-də Rusiya Xarici İşlər Nazirliynin iqamətgahında təşkil olunan işgüzar səhər yeməyində Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşahidəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda cəhdlərin aktivləşməsi perspektivləri müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır