Modern.az

Təbriklər və uğurlar Modern.az...

Təbriklər və uğurlar Modern.az...

Aktual

1 Sentyabr 2020, 08:06

Şəhrizad Süleyman,
Abu-Dabi Universitetinin müəllimi,
Tədqiqatçı, şərqşünas-alim          

Bu gün mənim üçün əziz və doğma olan, 2014-cü ilin əvvəllərindən əməkdaşlıq etdiyim, Azərbaycan internet mediasında layiqli yeri və öz oxucu kütləsi olan, özünəməxsus orijinallığı ilə seçilən, operativ xəbərlərin ünvanı  Modern.az informasiya agentliyi  11 yaşını qeyd edir. Yarandığı gündən öz oxucularını  dəqiq və operativ xəbərlərlə məlimatlandıran Modern.az saytı internet mediada rəqabətin çoxaldığı bir vaxtda fərqlənməyi, gündəmdə qalmağı bacarıb. Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi geniş oxucu auditoriyası tərəfindən hər zaman  müsbət qarşılanıb.


Bu illər ərzində uğurlu yol qət edən, geniş izləyici auditoriyasına malik və özünəməxsus dəsti-xətti olan Modern.az xəbər saytı  milli dəyərlərimizə, qədim irsimizə,  ölkəmizin  tarixinə, etnoqrafiyasına, folkloruna silsilə məqalələr həsr edir, ağrılı günlərimizin, əsir ellərimizin iniltisini  xronoloji  faktlarla, şahidlərin dili ilə oxucusuna çatdırır, Qarabağı fotolarda və yaddaşlarda xatırladır, ölkə əhəmiyyətli problemləri işıqlandırır, müxtəlif səpkili maraqlı reportajlar, müsahibələr yayımlayır,  cəmiyyətə, ölkəyə, mədəniyyətə, mediaya, ədəbi mühitə  geniş yer verir.

Modern.az  eyni zamanda  Türk dünyası ilə bağlı  xəbərləri, dünyada  baş verən ən vacib hadisələri də öz oxucularına operativ  şəkildə çatdırır. Saytda yayımlanan  analitik məlumatlar, mühüm əhəmiyyət kəsb edən müxtəlif səpkili hesabatlar, siyasi, iqtisadi təhlillər Modern.az-ın özünəməxsus məziyyətləridir və bütün bu fərqliliklərlə oxucunu özünə cəlb edir, rəğbət qazanır.         


Xarici ölkələrdə  azərbaycançılıq  ideologiyasının təbliği və onun təməl prinsiplərinin ölkə ictimaiyyətinə çatdırılmasında  ilklərə imza atan  Modern.az  xaricdə yaşayan ziyalı soydaşlarımıza, azərbaycançılıq ideyasını öz əməlləri ilə yaşadan vətənpərvər aydınlarımıza  məxsusi diqqət göstərir. Bu illər ərzində  xaricdə yaşayan azərbaycanlı və Əbu-Dabi Universitetində çalışan müəllimə, tədqiqatçı-alim olaraq  sevimli  Modern.az  mənə daim  diqqət göstərib, saytda xeyli sayda köşə yazılarım, ərəb dünyası ilə bağlı silsilə  araşdrmalarım, ədəbi məqalələrim, müxtəlif  ölkələrdən, maraqlı məkanlardan reportajlarım, bədii tərcümələrim, müəllifi olduğum şeirlərim, ata-baba yurdum Cəbrayıl rayonu ilə bağlı  uşaqlıq  xatirələrim  yayımlanıb.


Düzgün seçilmiş informasiya siyasəti nəticəsində bu gün Azərbaycanda  ən çox oxunan, sevilən və nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan Modern.az internet portalında  ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Yarandığı  gündən obyektiv informasiyalar, dəqiq xəbərlər yayımlayan, baş verən hadisələrə mütəxəssis və ekspert rəyləri, müəllif yazıları,  maraqlı layihə və rubrikaları  ilə  ölkənin  internet media məkanında  populyarlıq qazanan Modern.az xəbər agentliyi  oxucu zövqünün formalaşmasında mühüm rol oynayır.     


Sevimli və doğma Modern.az 11 yaşın mübarək! Modern.az-ın bu xoş və əlamətdar  günü münasibətilə  saytın rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri, əməkdar jurnalist  Elşad Eyvazlını, baş redaktor Əfqan Qafarlını, eləcə də saytın bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzu edirəm. Saytınız daima nüfuzlu, oxunaqlı, reytinqli  və uzun ömürlü olsun!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV