Modern.az

Adı ilə işi tən -  Modern.az  

Adı ilə işi tən -  Modern.az  

Aktual

1 Sentyabr 2020, 10:53

11 il öncə Modern.az  xəbər portalı yaradılanda ölkədə kifayət qədər media qurumu var idi və saytların sayı  yağışdan sonrakı göbələk kimi  sürətlə artırdı.Bu saytların  əksəriyyəti elə fəaliyyətlərinin ilk aylarında ortaya qoydular ki, məqsəd və məramları xəbər   deyil. Qeyri-peşəkarların rəhbərlik etdiyi, maraqlı qüvvələrin xeyir-dua verdiyi bu saytların o qədər yazarları peyda olmuşdu ki, rayonlarda nəinki iri , rəhbər təşkilatların, hətta uşaq bağçaları rəhbərlərinin  belə canı boğazına yığılmışdı.(Çox böyük ağrı hissi ilə demək istəyirəm ki, bu proses nisbətən səngisə də, bu günümüzdə də davam edir, hələ də qələmdən reketçilk məqsədi ilə istifadə edənlər kifayət qədərdir).

 

Sözümün canı odur ki, yaranan xəbər portalları arasında  adına, məramına qiymət qoyanlar da oldu.Özünü, sözünü dəyərləndirənin  isə həmişə qiyməti olur.Modern.az kimi.Fəaliyyətinin ilk günündən medianın ali prinsipinə sadiq qalaraq  bu saytda tərəfsiz, qərəzsiz xəbərlər paylaşıldı, dəqiqlik, konkretlik, humanizm prinsipləri qorundu, xalqın milli-mənəvi dəyərləri ilə bağlı yazılara, araşdırma materiallara geniş yer verildi.Ən əsası, Modern.az ətrafına peşəkar yazarları yığaraq gözəl  komanda formalaşdırdı Və bütün bunlar bu xəbər portalının Azərbaycanın media aləmində tanınmasına, oxucular arasında sevilməsinə, nüfuz qazanmasına  səbəb oldu.

 

Modern.az  oxucu aiditoriyası toplamaq üçün ənənəvi usulllardan imtina etdi, nə kriminal xəbərlərin bolluğuna yer verdi, nə də sensasiyalı xəbərlərin dalınca qaçdı.Ölkənin mədəni həyatı,təhsili,milli-mənəvi dəyərləri ilə bağlı xəbərləri önə çıxartmaqla  oxucu sevgisini qazandı. Sevindirici haldır ki, bu müsbət tendensiya bu gün də davam edir.Unudulmaqda olan sənətkarlarımız, elm xadimlərimiz barədə ən təffərrüatlı yazıların dərci  Modern.aza böyük oxucu kütləsi qazandırdı. Boğazdan yuxarı, yubiley təbriki üçün demirəm, bu gün ən dəqiq informasiya , xəbər portalı kimi Modern.aza istinad edirəm. Modern.az həm də ölkədə ən operativ işləyən, xəbərlərini daim yeniləyən informasiya portalıdır. Modern.az hər bir jurnalistin öz yazısını görmək istədiyi güvənli media qurumudur.Mübaliğəsiz deyərdim ki, koronavirus pandemiyası dövründə Azərbaycanda  ən operativ ,düzgün və səhih xəbərlər verən, geniş maarifləndirmə işi aparan media qurumlarının ilk cərgəsində Modern.azı gördük.

 

Bu xoş gün münasibətilə  saytın rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri, əməkdar jurnalist  Elşad Eyvazlını, baş redaktor Əfqan Qafarlını, Mayıl Ağaxanovu, Namidə Bingölü-Modern.azın bütün kollektivini ürəkdən təbrik edir, daha böyük yaradıcılıq uğurları arzu edirəm. Yaşınızın artımı uğurlarınızla tən olsun, əziz Modernçilər Söz  yaradanın insana əmanətidir.Onun keşiyində möhkəm dayanın!   

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV