İlon Mask ən zəngin insanların siyahısında üçüncü yerdə qərarlaşıb.
Modern.az xəbər verir ki, sərvəti 111,3 milyard dolları keçən İlon Mask ən zəngin insanların siyahısında üçüncü yeri tutub.
Mask “Tesla” səhmlərinin bahalaşması sayəsində uğur qazanıb. Şirkərin səhmləri ilin əvvəlindən etibarən 475% qalxıb. Beləliklə, Mask sərvətinin çoxluğuna görə Mark Sukerbergi geridə qoyub.
Zəngin insanların siyahısında ikinci yerdə 125 milyard dollarla “Microsoft”un təsisçisi Bill Geyts gəlir. Ən böyük sərvətə isə “Amazon” internet-kompaniyasının rəhbəri Ceff Bezos sahibdir. O, 200 milyard dollarlıq var-dövləti ilə liderliyini qoruyur.