Modern.az

Baş Prokurorluq şöbə rəisinin döyülməsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq şöbə rəisinin döyülməsi ilə bağlı məlumat yaydı

Aktual

1 Sentyabr 2020, 14:40

Bəzi kütləvi informasiya vasitələrində, sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib:

 

“Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidləri müəyyən edilərək izahatları alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV