Modern.az

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

Aktual

1 Sentyabr 2020, 16:22

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 1-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

 

Modern.az xəbər verir ki, hazırda xəstələrin 137-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

 

Ümumilikdə 2 065 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 36 578 nəfərə, sağalanların sayı 33 977 nəfərə, vəfat edənlərin sayı isə 536 nəfərə çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV