Modern.az

“BakıKart”ı onlayn yükləmək mümkün olacaq

“BakıKart”ı onlayn yükləmək mümkün olacaq

Aktual

1 Sentyabr 2020, 16:46

“BakıKart”ın onlayn şəkildə yüklənməsi istiqamətində işlər aparılır. Modern.az-ın məlumatına bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, hazırda əsas məsələ daha çox avtobusun “BakıKart”a inteqrasiya olunmasını təmin etməkdir:

“Sonrakı mərhələdə kartların balansını onlayn artırmaq mümkün olacaq. Sadəcə pandemiya səbəbindən bu məsələlər gecikir”.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?